Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
1 saylı Notariat ofisində özbaşınalıq hökm sürür.
Demokrat.az-a müraciət edən şəxs bildirib ki, ödənişdən sonra köhnə çek verilib və üzərində sadəcə qələmlə ad dəyişdirilib. Maliyyə intizamının pozulduğunu bildirən şəxs iradını bildirsə də, ona cavab olaraq "Bizdə qayda belədir" deyilib.
Bu cür hallar şəffaflığın təmin olunması istiqamətində aparılan islahatlara kölgə salır. Notariat ofisləri qanunun aliliyini təmin etməli olduğu halda, elementar maliyyə intizamının pozulması və vətəndaşın haqlı iradına "ənənəvi" bəhanələrlə cavab verilməsi qəbuledilməzdir. Maliyyə şəffaflığının qorunmalı olduğu bir sənədləşmə prosesində "qələmlə ad dəyişdirmək" praktikası həm də ciddi hüquqi məsuliyyət yaradan bir əməldir.
Qeyd edək ki, sözügedən notariat ofisi Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 43A ünvanında yerləşir.
Kənan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-a müraciət edən şəxs bildirib ki, ödənişdən sonra köhnə çek verilib və üzərində sadəcə qələmlə ad dəyişdirilib. Maliyyə intizamının pozulduğunu bildirən şəxs iradını bildirsə də, ona cavab olaraq "Bizdə qayda belədir" deyilib.