Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp adanın ABŞ-yə birləşdirilməsinə səs verəcəyi təqdirdə hər bir Qrenlandiya sakininə 1 milyon dollar təklif etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb. Qeyd olunur ki, siyasətçi hazırda bu ideyanı nəzərdən keçirir.
Qrenlandiyada 57.000 nəfər yaşayır. Qrenlandiya Danimarka Krallığının bir hissəsidir.
Lakin Tramp dəfələrlə adanın Amerika dövlətinin bir hissəsinə çevrilməli olduğunu bildirib.
Yanvarın 5-də o, ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya üzərində nəzarət yaratmaq planlarını açıqlayıb.
Danimarka Müdafiə Nazirliyi ABŞ-nin adaya hücumu halında cavab zərbəsi endirəcəyinə söz verib.
Gülayə Mecid Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.