1 xal bu gün “Qarabağ ı çempion edəcək

27.04.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında 32-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.

Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Turun mərkəzi görüşü isə Masazırda olacaq. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağı olacaq. Ağdam klubu bu matçda  1 xal qazansa belə, sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirəcək. Çünki hazırda "Qarabağ"ın 76, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.

27 aprel

17:30. “Səbail” – “Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Namik Hüseynov

ASCO Arena.
20:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Bank Respublika Arena.

25 aprel

“Turan Tovuz” - “Şamaxı” - 1:1

26 aprel

 “Kəpəz” - “Zirə” - 0:1

28 aprel

20:00. “Sumqayıt” - “Neftçi”

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью