1 yaşlı uşaq qızdırmadan öldü Yenilənib

16.06.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkirdə azyaşlı qızdırmadan ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2025-ci il təvəllüdlü Mehdi Sənan oğlu Əzimov 5 gün davam edən yüksək hərarətdən sonra xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Sorğumuza cavab olaraq TƏBİB-dən bildirilib ki, 15.06.2026-cı il tarixində saat 15:20 radələrində 1 yaşlı uşaq bioloji ölüm vəziyyətində Şəmkir Təcili Tibbi Yardım Bölməsinə gətirilib.

Baş vermiş hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью