10 Avropa ölkəsi Ballistik Raket Əleyhinə Koalisiya yaratdı

14.07.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Fransa və Ukrayna da daxil olmaqla 10 Avropa ölkəsi ballistik raket təhlükəsinə qarşı yeni addım atıblar.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, Parisdə keçirilən görüşdə Ballistik Raket Əleyhinə Koalisiyanın yaradıldığı elan olunub.

İclasa Fransa Prezidenti Emmanuel Makron ev sahibliyi edib. Görüşdən sonra Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya liderləri birgə bəyanat yayıblar.

Bəyanatda bildirilib ki, Avropa ölkələri ballistik raketlərin yaratdığı risklərin fərqindədir. Bu səbəbdən müdafiə qabiliyyətinin gücləndirilməsi vacib sayılır.

Liderlər antiballistik müdafiə imkanlarının inkişafını əsas prioritet kimi göstəriblər. Onlar bu istiqamətdə birgə işləməyə hazır olduqlarını vurğulayıblar.

Qeyd olunub ki, yaradılan koalisiya Avropanın mövcud müdafiə sistemlərini tamamlayacaq. Eyni zamanda ölkələrin sənaye, tədqiqat və hərbi təcrübəsi birləşdiriləcək.

Bəyanatda inteqrasiya olunmuş raketdən müdafiə sisteminin qurulmasının vacibliyi xüsusi qeyd edilib. Məqsəd gələcək raket təhdidlərinin qarşısını almaqdır.

Sənəddə vurğulanıb ki, təşəbbüs digər ölkələr üçün də açıqdır. Eyni məqsədləri bölüşən dövlətlər koalisiyaya qoşula biləcək.

Bahar Babaşova, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью