10 ayda 693 min reabilitasiya vasitəsi

24.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib.

“Yeni Sabah” xəbər verir ki, Sosial Xidmətlər Agentliyi 10 ayı ərzində əlilliyi olan şəxsləri 693 min reabilitasiya vasitəsi ilə təmin edib.

Onlardan 4821 təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa və qoltuqaltı/dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 7719 cüt protez və ortopedik ayaqqabı, 257 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Məişət texnikası

Ümumilikdə bu ilin yanvar-oktyabr aylarında 12 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью