10 ayda 980 avtomobil, 7 səhmdar cəmiyyəti özəlləşdirilib

23.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən dövlət büdcəsinə ümumilikdə 172 milyon manat vəsait daxil olub.

“Yeni Sabah” xəbər verir ki, bu məbləğin 124 milyon manatı özəlləşdirmənin payına düşüb. Hesabat dövründə keçirilən 49 hərracda 980 nəqliyyat vasitəsi, 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili sahəsi özəlləşdirilib.

Bundan başqa, 10 ay ərzində daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 48 milyon manat vəsait ödənilib. Bu müddətdə 477-si qeyri-yaşayış, 3 412-si isə torpaq sahələri üzrə olmaqla ümumilikdə 3 889 yeni icarə müqaviləsi bağlanılıb. Online shopping Azərbaycan

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью