Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Almaniyadan Azərbaycana valideynlərini ziyarətə gələn Bənövşə Şirinova ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin həkimi Xəlilova Məqbulə Hilal qızı arasında mübahisə yaşanıb. Mübahisəyə səbəb xəstəxananın həkimi Məqbulə Xəlilovanın onun qəfil halı pisləşən 10 aylıq körpəsinə tibbi yardım göstərməməsi olub. 10 aylıq körpə ilə bağlı daxil olan şikayət üzrə etinasız yanaşmaya görə həmin həkimə töhmət verilib.
Milli.Az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, Məqbulə Xəlilova isə öz nöbəsində Bənövşə Şirinovanın səs-küy saldığını iddia edərək, polisə şikayət edib. Almaniyadan Azərbaycana istirahətə gələn qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub və işə məhkmədə baxılıb.
Bənövşə Şirinova izahatında göstərib ki, uşağın səhhətində olan problemlə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında acil şöbəsinə yaxınlaşıb. Orada həkim işləyən Məqbulə Xəlilova uşağa heç bir yadım göstərməyib. Ona görə xəstəxanada əsəbiləşərək, səsini yüksəldib və həkimə qarşı nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu bildirib.
Məqbulə Xəlilova isə izahatında Mingəçevir Mərkəzi Xəstəxanasının acil şöbəsində həkim-terapevt vəzifəsində işlədiyini və övladının sağlamlığı ilə bağlı xəstəxanaya gələn Bənövşə Şirinovadan şikayətçi olduğunu deyib. O bildirib ki, həmin qadın səs-küy salaraq, ona qarşı nalayiq ifadələr işlədib.
Məhkəmənin qərarı ilə Bənövşə Şirinova İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, Mingəçevir şəhərində 34 dərəcə aşağı hərarətlə Şəhər Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə gətirilən 10 aylıq körpəyə ilkin müdaxilə olunmayıb. Almaniyadan gələn Bənövşə adlı qadın Məqbulə Xəlilova adlı həkimin onun 10 aylıq qızını Azərbaycan vətəndaşı olmadığını əsas gətirərək qəbul etmədiyini söyləyib. O, daha sonra özəl xəstəxanaya müraciət edib, amma təkrarən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gəlməyə məcbur olub. Xanım iddia edir ki, həkim pul qarşılığında tibb bacılarına aparatla müayinə üçün göstəriş verib, heç kimin onu işdən çıxara bilməyəcəyini deyib. O, etiraf edib ki, övladı ölümlə üz-üzə olduğu üçün həkimin ünvanına xoşagəlməz sözlər səsləndirib.
Milli.Az