Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib.Metbuat.az xəbər verir ki, TƏBİB-dən xəsarət alan şagirdlə bağlı məlumat verilib.Bildirilib ki, xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır."Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib",- məlumatda qeyd olunub.Qeyd edilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb.
Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.