10 cu transfer Amil Yunanov oldu

05.02.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

10-cu transfer Amil Yunanov oldu

"Mingəçevir" heyətinə daha bir oyunçu cəlb edib.

QOL.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Şəfa"dan ayrılan Amil Yunanovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bir vaxtlar Azərbaycan millisinə də çağırılan 33 yaşlı hücumçu "Kəpəz", "Şamaxı", "Turan Tovuz", "Sumqayıt" və "Səbail"də də çıxış edib.

Xatırladaq ki, "Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli, Qabil Əlizadən, Bahadur Həziyev, Elçin Mustafayev, Əkbər Eyubov, Şahmar Aşurov, Nurlan Novruzov və Fuad Bayramov da transfer edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью