Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çinin Vençjou şəhərinin məhkəməsi Myanmanın şimalında telefon və internet fırıldaqçılığı mərkəzlərini idarə edən mütəşəkkil cinayətkar dəstənin 11 üzvü barəsində çıxarılmış ölüm hökmünün icra edilməsi barədə göstəriş verib.
Ölkə.az bu barədə Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.
Məhkəmənin qərarına əsasən, "Min ailəsi" kimi tanınan kriminal qrupunun 14 Çin vətəndaşının ölümündə və bir çoxunun yaralanmasında əli var.
Dəstə üzvləri qəsdən adam öldürmə, yaralama, qanunsuz azadlıqdan məhrum etmə, dələduzluq və gizli kazinoların təşkilində təqsirli biliniblər.(publika)