10 dəqiqə üçün 150 min dollar ödədilər | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur müğənni Katy Perry bütün qadınlardan ibarət ekipajla kosmosa səyahət edən ilk müğənni olmaqla adını tarix yazıb.
"Unikal" xəbər verir ki, bu tarixi səyahət "Amazon" şirkətinin sahibi Jeff Bezosa məxsus kosmos şirkəti "Blue Origin-in NS-31" missiyasının bir hissəsi olaraq həyata keçirilib.
Müğənnini jurnalist və Bezosun nişanlısı Lauren Sanchez, televiziya aparıcısı Geyl King, NASA mühəndisi Aisha Bowe, fəal və alim Amanda Nguyen və kinorejissor Kerianne Flynn müşayiət edib.
Bu ekipaj 1960-cı illərdən bəri qadından ibarət ilk kosmik ekipajdır.
"Blue Origin" şirkətinin "New Shepard" kosmik gəmisi tərəfindən həyata keçirilən uçuş təxminən 10 dəqiqə davam edib.
Səyahət kapsulun paraşütlərdən istifadə edərək təhlükəsiz şəkildə Texasa enməsi ilə başa çatıb.
Katy Perry bu unikal təcrübəsini sosial media hesabında paylaşaraq kosmosa getməyin həyəcanını və ilhamverici tərəflərini izah edib.
Tam oxu
Xəbəri oxu