10 ən uzunömürlü yolsuzluq avtomobili Ekspert araşdırması

08.10.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ən davamlı krossover və yolsuzluq avtomobillərinin (SUV) adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı ABŞ-nin "iSeeCars" agentliyinin ekspertləri araşdırma aparıblar.

Araşdırma çərçivəsində ekspertlər 174 milyondan çox avtomobili təhlil ediblər. Ən azı 402 min kilometr yürüş ehtimalı ən yüksək olan avtomobillər seçilib.

Beləliklə, siyahıda lider "Toyota Sequoia" SUV-u olub. Bu yapon avtomobilinin yürüşünün 402 min kilometrə çatma ehtimalı 39,1% təşkil edir. İkinci yeri 32,9 faizlə "Toyota 4Runner" tutur. Üçüncü yerdə isə 31% göstəricisi ilə "Toyota Highlander Hybrid" yer alır.

İlk 10-luğa həmçinin "Lexus GX", "Lexus RX" (hibrid), "Honda Pilot", "Toyota Highlander", "Chevrolet Suburban", "Lexus RX", "Honda CR-V" daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью