10 gün əvvəl vurulan piyada öldü

01.10.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda 10 gün əvvəl vurulan piyada ölüb.

Lent.az xəbər verir ki, hadisə sentyabrın 20-də Nəsimi rayonu N.Yusifbəyli küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini 43 yaşlı Emin Məzahir oğlu Səfərov idarə etdiyi “VAZ-2199” markalı avtomobillə yolu keçən həmyerlisi 54 yaşlı Mahirə Əlihəsən qızı Hacızadəni vurub.

Xəstəxanaya yerləşdirilən qadın görülən tədbirlərə baxmayaraq, sentyabrın 30-da orada ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью