10 gün içində ikinci medal verildi

21.05.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Çeçenistan rəhbərinin oğlu, 17 yaşlı Adam Kadırov Rusiya Milli Qvardiyasının inkişafındakı xidmətlərinə görə OMON-un “Axmat-Qala” medalı ilə təltif edilib.

Modern.az xəbər verir ki, o, əvvəlki mükafatını ötən həftə, mayın 12-də alıb.

Adam Kadırov "fəal təşəbbüsə, döyüş tapşırıqlarının yerinə yetirilməsində köməyə və Rosqvardiya bölmələrinin inkişafına mühüm töhfəyə görə" təltif edilib. Medalı bölük komandiri Əbdül-Kərim Kadırov təqdim edib.

Mayın 12-də Ramzan Kadırovun oğlu Adam “Axmat-Qroznı” OMON-una 25 il” yubiley medalı ilə təltif olunub. Mərasimdə Belarusdan Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Baş İdarəsinin OMON-unu təmsil edən nümayəndə heyəti də iştirak edib.

15 yaşında Adam Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri olub. 2025-ci ilin aprel ayından Daxili İşlər Nazirliyinin regional idarəsinin kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ay Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi olub.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью