Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.
Xatırladaq ki, dayı qızı-bibi qızı olan iki yeniyetmə qız – 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova aprelin 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində itkin düşmüşdülər.