Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Reuters agentliyinin məlumatına görə, avqustun 26-da baş verən daşqından sonra itkin düşmüş hesab edilən Çandiki Kumari Şrestanın ailəsi artıq onun üçün yas mərasiminə hazırlaşırdı.
Qadının yaşadığı dördmərtəbəli ev sel suları nəticəsində dağılıb. Xilasedicilər evin qalıqlarını yoxlayarkən dağıntılar altından kömək istəyən insan səsi eşidiblər.
Polis əməkdaşı Mahendra Darnalın sözlərinə görə, qadın 10 gün ərzində su və palçıq arasında yaranmış dar hava boşluğunda sağ qala bilib.
“Dördmərtəbəli ev sel nəticəsində tamamilə dağılıb və qum qatının arasında qalıb. Ərazini yoxlayarkən ‘Məni xilas edin!’ deyə bir səs eşitdik”, – polis əməkdaşı bildirib.
Xilasedicilər təxminən 45 dəqiqə davam edən əməliyyatdan sonra qadını dağıntılar altından çıxararaq xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, avqustun 26-da Lanqtanq-Lirunq dağında buzlaq uçqunu baş verib və bu, genişmiqyaslı daşqına səbəb olub. Hadisə nəticəsində 1,3 mindən çox insan həyatını itirib, daha 5 minə yaxın şəxs itkin düşmüş hesab olunur.
Daşqın zonasından 13 mindən çox insan, o cümlədən 274 xarici vətəndaş xilas edilib.