10 gündür komada olan reper vəfat etdi

05.04.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Paşa Texnik kimi tanınan rusiyalı reper Pavel İvlev Tailandda tətildə olarkən dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, narkotikdən zəhərlənən 40 yaşlı reper martın 27-də reanimasiyaya yerləşdirilib. Elə həmin gün o, süni komaya salınıb və tənəffüs aparatına qoşulub.

O, aprelin 5-də bakterial pnevmoniya, bunun nəticəsində yaranan septik şok və ya digər mənbələrə görə çoxlu orqan çatışmazlığı səbəbindən vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью