10 il əvvəl Premyer Liqa çempionu olan klub satışa çıxarıldı 300 milyon dollara

13.08.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən mövsümün nəticələrinə görə "Lester Siti" Çempionşipdən İngiltərənin 3-cü səviyyəli Liqa 1 çempionatına düşüb.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, kluba sahib olan "King Power International" və taylandlı sədr Ayavat Srivaddhanaprabha “Lester”in bütün aktivləri üçün 300 milyon dollar əldə etmək istəyir. Lakin klubun Liqa 1-ə düşməsi və son dövrdəki ciddi maliyyə itkiləri səbəbindən satışın təxminən 200 milyon dollar (148 milyon funt) qarşılığında baş tutacağı gözlənilir.

Xatırladaq ki, Srivaddhanaprabha ailəsi “Lester”i 2010-cu ildə Milan Mandariçdən 35 milyon funt qarşılığında almışdı.

Yeni sahiblərin rəhbərliyi altında klub tarixində ilk dəfə 2015/16 mövsümündə Premyer Liqa çempionu oldu. 2021-ci ildə isə İngiltərə Kubokunu və Superkubokunu qazandı.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью