10 il pul yığıb xəyalını gerçəkləşdirdi, bir günün içində arzuları yanıb kül oldu FOTO KONKRET

23.04.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyada 33 yaşlı musiqi prodüseri Honkon xəyal etdiyi avtomobili almaq üçün 10 il pul yığıb. Ancaq sevinci uzun sürməyib.

KONKRET.az xəbər verir ki, çünki avtomobili alandan cəmi bir saat sonra yanıb.

Honkon sosial media hesabında yazıb ki, lüks “Ferrari”ni aldıqtan qısa müddət sonra avtomobildən tüstü çıxmağa başlayıb. O, dərhal avtomobildən düşərək uzaqlaşıb və az sonra maşın alov topuna çevrilib.

“Partlayacağından çox qorxdum,” — deyə yaşadığı dəhşətli anları təsvir edən Honkon, hadisədən xəsarət almadan sağ çıxıb.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью