Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
10 il "Mançester Siti"də oynadı, "İnter"ə keçdi - Rəsmi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"İnter" bu yay "Mançester Siti"dən ayrılan müdafiəçisi Con Stounzun transferini açıqlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvü "İnter"ə azad agent statusunda qoşulub.
Qeyd edək ki, müdafiəçi 2016-cı ildən "Mançester Siti"də çıxış edirdi. O, bu müddətdə 295 oyunda 19 qol vurub, 9 məhsuldar ötürmə edib, 6 Premyer Liqa çempionluğu, Çempionlar Liqası və klublararası dünya çempionluğu da daxil olmaqla bütün əsas titulları qazanıb.