10 il sonra müəllim və həkimlər süni intellektə uduzacaq? ŞOK PROQNOZ | Icma.az
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bill Geytsin son açıqlaması cəmiyyətə bir xəbərdarlıq kimi qəbul olunmalıdır: “Süni intellekt önümüzdəki 10 il ərzində müəllimləri və həkimləri əvəz edəcək.
İnsanlar çox şey üçün lazım olmayacaq.” Bu fikirlər artıq reallığa çevrilməkdədir və bir sıra nüfuzlu tədqiqatlar bunu təsdiqləyir".
Turkustan.az bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
Təhsil eksperti beynəlxalq araşdırmalara istinadən qeyd edir ki, süni intellekt artıq xüsusilə tədris və klinik qərarvermə sahəsində artıq insan performansını bəzən üstələyir: "Oxford Universitetinin tədqiqatçıları Carl Benedikt Frey və Michael Osborne-un apardığı araşdırmaya əsasən, təxminən 47% peşə növləri avtomatlaşdırma riski altındadır.
Bu risk təkcə fiziki əmək deyil, zehni-emotional bacarıq tələb edən müəllimlik və tibbi diaqnostika sahələrinə də aiddir.
Stanford Universitetinin 2024-cü il Süni İntellekt Hesabatında isə göstərilir ki, generativ AI alətləri – xüsusilə tədris və klinik qərarvermə sahəsində artıq insan performansını bəzən üstələyir.
Məsələn, OpenAI-nin GPT-4 modeli hüquq və tibb imtahanlarında ortalama tələbədən yüksək nəticə göstərib.
Tam oxu
Xəbəri oxu