10 il sonrakı olimpiadaya 7 namizəd var

07.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi üğrunda 7 ölkə mübarizə aparacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda həmçinin, bu ayın sonuna kimi sifarişlərin qəbul olunacağı bildirilir. Amma böyük ehtimalla əlavə namizədlər olmayacaq. 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər isə BOK-nun 2029-cu ilin yay aylarında keçiriləcək sessiyasında rəsmən elan olunacaq.

Qeyd edək ki, namizəd şəhərlər bunlardır: Əhmədabad (Hindistan), İstanbul (Türkiyə), Doha (Qətər), Münhen (Almaniya), Seul (Cənubi Koreya), Keyptaun (Cənubi Afrika Respublikası) və Budapeşt (Macarıstan).

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью