10 ildən çox itkin düşən pişik sahibinə qovuşdu VİDEO

14.12.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.

2013-cü ildə ABŞ-ın Viskonsin ştatının Oreqon şəhərində itkin düşən Rutherford adlı pişik illər sonra tapılaraq sahibinə qaytarılıb.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, pişik 806 mil uzaqlıqda, Corciya ştatının Dillard şəhərində aşkar edilib.

Uzun illərdən sonra pişiyin sahibinə təhvil verilməsi hava limanında baş tutub.

Hadisə sosial mediada və yerli ictimaiyyət arasında geniş rezonans doğurub.

Lalə Novruz, BakuPost


Play

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью