10 ildən sonra Mançester Sitidən ayrılacağını açıqladı

04.04.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə təmsilçisi "Mançester Siti"nin ulduz futbolçusu Kevin De Bruyne mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə belçikalı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.

O, 10 il ərzində çıxış etdiyi "şəhərlilər"in heyətində gözəl günlər keçirdiyini və kollektivi heç vaxt unutmayacağını bildirib.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildə "Mançester Siti"yə Almaniyanın "Volfsburq" klubundan transfer olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью