10 ildir gündəlik xərclərimi qeyd edirəm

19.11.2024

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Əməkdar artist Xəyyam Nisanov xərclərinin hesabatını apardığını bildirib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, gündəlik xərclərini qeyd etdiyini vurğulayıb:

"Son 10 il ərzində gündəlik xərclərimi qeyd edirəm. İndi 2015-ci ildə hara nə xərclədiyimə açıb baxa bilərəm. Gündəlik xərclərimi hesablamıram. Amma hamısı qeyd olunub. Arada deyirəm ki, çox xərclədim. Bədxərclik bizə yaraşmaz, amma hərdən balans etmək lazımdır. Bu hesabat onun üçündür ki, balans edəsən. Telefonumdaki proqramda gündəlik xərclərimi qeyd edirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью