10 kq narkotiklə tutuldu FOTO

15.01.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 28 yaşlı Hüseyn Cəfərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью