10 manatlıq şirkət Dövlət Komitəsinin 100 minlik tenderini uddu

16.09.2025

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Mənzil İstismar Departamenti minik və yük maşınlarına ehtiyat hissələrinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.

Müsabiqənin qalibi "ARİVO GROUP" MMC olub. Şirkətlə ümumilikdə 99.970,78 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.

Satınalma siyahısına müxtəlif ölçülərdə avtomobil təkərləri (8,5R20, 175/70R13, 315/80R22,5, 235/60/R18 və s.) və akkumulyatorlar (60 AH-dan 190 AH-a qədər müxtəlif güclərdə) daxildir.

Qalib şirkətin qanuni təmsilçisi Hafiz Eyyubov Rəsul oğludur. "ARİVO GROUP" MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir. \\32gun.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью