10 məhkum vərəmdən ÖLDÜ

20.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ekvadorun ən sıx və ən təhlükəli həbsxanası kimi tanınan Litoral Həbsxanasında 10 məhkum vərəm xəstəliyindən həyatını itirib. 

"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuata əks edən xəbərlərə görə, Azadlığı Məhdudlaşdırılmış Böyüklər və Cinayətə Cəlb Olunmuş Yeniyetmələrə Yönəlik Milli Əhatəli Xidmət Qurumu (SNAI) vəfat edən məhkumlara vərəm diaqnozu qoyulduğunu təsdiqləyib. 

SNAI-nin məlumatına görə, ölən şəxslərin bir hissəsinin xroniki sağlamlıq problemləri olub və cəsədlər müvafiq tibbi ekspertiza üçün Məhkəmə-Tibbi Mərkəzə göndərilib. 

Rəsmi şəxslər ölüm səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün istintaq başladıldığını bildiriblər. 

Ekvadorda həbsxanalar uzun müddətdir ki, dəstə savaşları və təhlükəsizlik çatışmazlıqları ilə gündəmdədir. 

Bu səbəbdən, ictimaiyyətdə bəzi dairələr ölümlərin yalnız xəstəlikdən deyil, müəyyən bir hesablaşmanın nəticəsi ola biləcəyi ehtimalını da irəli sürürlər. Ölkədə yaxın zamanda başqa bir həbsxanada da geniş miqyaslı ölüm hadisəsi baş vermişdi. El Oro vilayətindəki bir həbsxanada 10 noyabr tarixində 31 məhkumun cəsədi aşkarlanıb və bu hadisə dünya ictimaiyyətində böyük rezonans doğurub. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью