10 milyon dollarlıq unitaz hərraca çıxarılır

18.11.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də ilkin qiyməti 10 milyon dollar olan unitaz hərraca çıxarılacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərrac sabah Bakı vaxtı ilə 04.00-da "Sotheby's" Hərrac Evində keçiriləcək.

Unitazı bu qədər qiymətli edən onun təmiz qızıldan hazırlanmasıdır. Rəssam Maurisio Kattelanın əl işi olan unitaz 100 kq qızıldan tökülüb. Lotun hazırki sahibi amerikalı milyardçı Stiven Koendi.

Qeyd edək ki, Maurisio Kattelan ümumilikdə 2 belə unitaz hazırlayıb. Onlardan biri 2019-cu ildə naməlum şəxslər tərəfindən  Uinston Çörçilin bir vaxtlar yaşadığı malikanədən oğurlanıb, hələ də tapılmayıb.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью