10 min manat kredit götürmək istədi, öz pulundan da oldu

06.06.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan olub.

BAKU.WS xəbər verir ki, belə bir iddia ilə Ağdam sakini  Loğman Əşrəfov "Xəzər Xəbər"ə müracit edib.

O bildirir ki, "Tik Tok" sosial şəbəkəsi vasitəsilə tapdığı səhifələrdən birinə 10 min manat kredit üçün müraciət edib. Səhifə sahibi də ondan kredit üçün 608 manat depozit tələb edib, Loğman Əşrəfov depoziti ödədikdən sonra gözləmədiyi hadisə ilə rastlaşıb.

Şikayətçi Loğman Əşrəfov bildirir ki, məsələ ilə bağlı dərhal polisə müraciət edib. Lakin aylardır ki, onun ödənişi geri qaytarılmır.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью