10 min rubl borcu olanlar Rusiyanı tərk edə bilməyəcəklər

17.12.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada 10 min rubl borcu olanların ölkədən çıxışına qadağa qoyula bilər.

Reyting.az "RIA Novosti"-yə istinadla bildirir ki, bir çox ekspertlərin fikrincə, xoşagəlməz statistikadan xəbərdar olan, baş verənlərə istinad edən dövlət qurumları daha ciddi tədbirlərlərə əl atacaqlar. Elə buna görə də, Rusiyada 10 min rubl məbləğində kredit və ya digər öhdəlik borcu, həmçinin aliment borcu olan vətəndaşların ölkədən çıxışını məhdudlaşdırılmaq üçün əsasən bu cür faktlar önə çəkilə bilər.

Məlumat Federal Məhkəmə İcraçıları Xidməti yanında İctimai Şuranın sədri olan Vladimir Qureyevə istinadla yayılıb.

Bildirilir ki, qadağa yalnız Rusiya vətəndaşının qanuna əsasən icra sənədinin tələblərinə vaxtında yerinə yetirə bilmədiyi hallarda tətbiq ediləcək.

Məsələyə aydınlıq gətirən Rusiya Federal Məhkəmə İcraçıları Xidməti yanında İctimai Şuranın sədri Vladimir Qureyevin sözlərinə görə, aliment, sağlamlığa vurulan zərər, eyni zamanda, ailə başçısının ölümü ilə bağlı zərər, eləcə də maddi və ya mənəvi ziyan üzrə borclar 10 min rus rublundan, digər borclar isə təxminən 30 min rubldan çox olduqda, Rusiya vətəndaşının ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

V. Qureyev əlavə edib ki, vətəndaş borcu icra prosesinin icraatı başlandıqdan dərhal sonra ödəməklə, qanunlarda təsbit edildiyi kimi qadağadan qurtula bilər.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью