10 minədək uşağın özəl bağçalara cəlb edilməsi planlaşdırılır Emin Əmrullayev

14.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

“Bu il 125 müəssisədə layihələndirmə işlərinin aparılması nəzərdə tutulur. Eyni zamanda, məktəbəqədər təhsildə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 10 minədək uşağın özəl bağçalara cəlb edilməsi planlaşdırılır”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında dedi.

Nazir vurğuladı ki, tədris infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilir.

“125 müəssisədə layihələnmə aparılır. Bu mənada, bu il də əvvəlki illərdə olduğu kimi, əsaslı şəkildə tədris infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərimiz davam edir”, - deyə nazir bildirdi.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью