10 minlərlə manat ödəsələr də tikinti aparılmır “Binəqədi Park”dan ŞİKAYƏT/VİDEO

26.08.2026

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mənzil almaq ümidi ilə on minlərlə manat ödəsələr də tikinti aparılmır.

Yenicag.az Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkmişlərin iddiasına görə, müxtəlif vaxtlarda ”Binəqədi-Park” MMC-yə pul ödəyiblər ki, Binəqədi-Novxanı yolunda tikiləcək apartman tipli binadan mənzil sahibi olacaqlar. Onlara deyirlər ki,

müqavilədə tez bir zamanda binanın tikilib təhvil veriləcəyi ilə bağlı bənd də var. Amma şirkət müqavilə bağlayıb, vətəndaşlardan külli miqdarda pul alsa da tikintini aparmır.

Tikintinin dayanması ilə vətəndaşlar şirkət rəhbərliyinə müraciət ediblər. Zərərçəkmişlərin dediyinə görə, direktor Nazim və icraçı direktor Elvin Kazımov onlara tikintinin yaxın günlərdə davam etdiriləcəyini bildiriblər. Sakinlər isə bu vədlərin dəfələrlə təkrarlandığını və nəticədə gözləntilərinin doğrulmadığını deyirlər.

Zərərçəkmişlər deyirlər ki, şirkət onlara dəymiş zərəri geri qaytarmasa hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью