10 nömrə Bellinqemə həvalə olundu

02.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"10 nömrə" Bellinqemə həvalə olundu

İngiltərə millisinin DÇ-2026 üçün forma nömrələri müəyyənləşib. Baş məşqçi Tomas Tuxel 26 nəfərlik yekun siyahını FİFA-ya təqdim edib.

QOL.az xəbər verir ki, komandanın 10 nömrəli forması Cud Bellinqemə həvalə olunub. Harri Keyn 9, Markus Reşford isə 11 nömrəli formanı geyinəcək.

Niko O'Rayliyə 3, Morqan Rocersə 17, Entoni Qordona 18, Ris Ceymsə isə 24 nömrə verilib. Kayl Volkerin millidən ayrılmasından sonra boş qalan 2 nömrəli forma Ezri Konsaya tapşırılıb.

İngiltərə millisi mundiala hazırlıq çərçivəsində ABŞ-da məşqlərini davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью