10 noyabr Bəyanatı Azərbaycanın haqlı qələbəsinin təzahürüdür | Icma.az
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı Üçtərəfli Bəyanat dövlətçilik tariximizdə qəbul edilmiş ən əhəmiyyətli sənədlərdən biridir.
Bu, həmçinin Ermənistanın kapitulyasiya, Azərbaycanın isə qalibiyyətini özündə ehtiva edən sənəddir.
Üçtərəfli Bəyanatla uzun illər davam edən münaqişəyə son qoyuldu, sentyabrın 27-də başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə böyük Zəfərlə yekunlaşdı.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Bu Bəyanat tərəflərin hərbi əməliyyatlara son qoyması ilə bərabər, çox önəmli məsələləri əks etdirir.
Tam oxu
Xəbəri oxu