10 noyabr Bəyanatı ümumxalq birliyimizin təntənəsidir | Icma.az
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. 10 noyabr Üçtərəfli tarixi Bəyanatın ikinci ildönümüdür.
Bu Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyasının təsdiqi, uzun illər davam edən işğala son nəticəsə idi.
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.
44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Bu Bəyanatın imzalanması ümumxalq birliyimizin bariz nümunəsi və təntənəsidir.10 noyabrda imazalanmış Bəyanat status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır.
Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.
Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur.
Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
Tam oxu
Xəbəri oxu