10 noyabr bəyannaməsi qüvvədən düşüb Politoloq | Icma.az
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. "Zəngəzur dəhlizi anlayışının tarixi mahiyyətini nəzərə alaraq, Azərbaycanın tələb və istə
Xüsudən də Ermənistanın imzaladığı 10 noyabr üçtərəfli bəyannamənin 9-cu bəndini nəzərə alsaq bunu görə bilərik".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov son günlər Ermənistan baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın Zəngəzur dəhlizilə bağlı Vaşinqtonda imzalanan sazişin ruhuna zidd bəyanatlar səsləndirməsini şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi həmin bəyannaməyə əsasən Rusiyanın nəzarət məsələsini qabardıb: "Amma geosiyasi vəziyyətin dəyişməsi zamanı Bakı ABŞ prezidentinin təklif etdiyi "Tramp Marşrutu Layihəsi"nə etiraz etmədi və xoş məram göstərərək, Vaşinqton sənədlərinə imza atdı".
Politoloqun fikrincə, Paşinyan və Mirzoyanın dəhlizlə bağlı verdikləri son açıqlamalar daxili vəziyyətin gərginləşməsilə əlaqədar ola bilər: "Onlar Ermənistan daxilində gərginliyi nəzərə alıb, belə bir bəyanat veriblər.
Amma onlar da yaxşı bilirlər ki, Azərbaycanın xoş niyyətindən sui-istifadə etmək olmaz. Azərbaycan hər zaman praqmatik siyasət yürüdür".
Ekspert qeyd edir ki, Vaşinqtonda imzalanan sənədlərlə "10 noyabr bəyannaməsi" qüvvədən düşüb: "Bu fonda Azərbaycan və Naxçıvan arasında yol da yeni müqaviləyə əsasən açılmalıdır.
Çünki bir müqavilənin ömrü yeni müqavilə imzalanana kimidir. Həm də "10 noyabr bəyannaməsi"nin uzadılması şərtləri bəlli idi.
Tam oxu
Xəbəri oxu