10 rayonda məktəblər BAĞLANDI

13.02.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Güclü qar və əlverişsiz hava şəraiti səbəbindən Konyanın 10 rayonunda təhsil bir günlük dayandırılıb.

News24.az bildirir ki, bu rayonlara Halkapınar, Karapınar, Hadim, Ereğli, Emirqazi, Taşkent, Akören, Ahirli, Bozkır və Derebucak rayonları aiddir. 

Eyni zamanda, rayon qubernatorluqları tərəfindən verilən açıqlamalarda dövlət müəssisə və təşkilatlarında çalışan hamilə, əlil və xroniki xəstələrin də 1 günlük inzibati məzuniyyətə götürüləcəyi açıqlanıb.

Zəhraxanım Şeydayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью