Icma.az bildirir, Azpost portalına istinadən. 10 saniyəyə kilidi açıb həbsxanadan necə çıxdığını göstərdi.
Tailandda həbsxana kamerasından qaçan məhbus nəzarətçiləri şoka salıb.
AzPost xarici mətbuatına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları onun bunu necə etdiyini anlaya bilməyib.
Tutulduqdan sonra məhbus prosesi nəzarətçilərə izah edib. Onlar isə baş verən hər şeyi mobil telefonunun kamerasına çəkib.
Qaçan məhbus kiçik bir cinayətə görə həbs olunduğu üçün polis onu ikinci dəfə cəzalandırmayıb.
Əvəzində isə qaçış planını göstərməyini istəyib. Onlar üçün cinayətkarın kameranı necə tərk edib başqa otağa keçdiyini başa düşmək vacib olu
Tailandlı şalvarının üstündə olan kəməri çıxarıb. Bir ucunu qıfılın metal lövhəsindən keçirib və nəticədə ilgək əmələ gəlib.
Ardınca isə o kəmərin üzərinə çıxaraq aşağı doğru təzyiq göstərib.