10 tən çətənə kolu məhv edildi İsmayıllıda

04.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İsmayıllıda 10 tondan artıq çətənə kolu məhv edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 10 ton 135 kiloqram olan 5126 ədəd çətənə kolu məhv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью