10 ton kokainin ələ keçirildiyi gəmi ilə bağlı istintaqda yeni saxlanılanlar var | Icma.az
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq. Atlantik okeanında ticarət gəmisinə keçirilən əməliyyat zamanı təxminən 10 ton kokain növü
BAKU.WS xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə daha 5 nəfər saxlanılıb.
Bununla da iş üzrə saxlanılanların ümumi sayı 12-yə yüksəlib.
Xatırladaq ki, daha əvvəl İspaniyanın Kanar adaları yaxınlığında 10 ton kokain müsadirə edilən gəmi ilə əlaqədar Türkiyənin 6 vilayətində keçirilən paralel əməliyyatlar zamanı 7 şübhəli saxlanılmışdı.
Həmçinin 3 nəfər barəsində axtarış və "qırmızı bülleten" verilməsi üçün prosedurlara başlanıldığı açıqlanmışdı.
İstanbul Respublika Baş Prokurorluğu bildirmişdi ki, gəminin ekipaj üzvlərindən Kubilay Yalçın, Ali Osman Amanet, Remzi Karakaya və Atanur Ateş hazırda İspaniyada həbsdədir.
Eyni zamanda şübhəlilər Çetin Gören, Ahmad Almassri və "United Shipping Gemi Acentalığı Sənaye və Ticarət" MMC-yə (Kamer Shipping) məxsus daşınar və daşınmaz əmlaklara, şirkət paylarına, bank hesablarına və kriptovalyuta aktivlərinə həbs qoyulub.
Bu qərar növbətçi məhkəmə tərəfindən də təsdiqlənib. Jurnalist Burak Doğan sosial şəbəkə paylaşımında istintaqın genişləndirildiyini və son
Tam oxu
Xəbəri oxu