Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, iyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.