Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün saat 12 radələrində Lənkəranda 10 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Lənkəran-Lerik yolunun Darquba kəndi ərazisindən keçən hissəsində “VAZ 21011” markalı avtomobil 10 yaşlı Əlövsət Yusubzadəni vurub.
Xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.