10 yaşlı qız qab yumağa görə böyük bacısını öldürdü

10.11.2024

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanı Moskva vilayətində 10 yaşlı qız 13 yaşlı bacısını öldürüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Podolsk şəhərində baş verib. Valideynləri evdə olmadığı üçün 13 yaşlı qız balaca bacısından qabları yumağı tələb edib. Bundan hiddətlənən kiçik qız stolun üstündən bıçağı götürərək, bacısını vurub.

Bundan sonra o, təcili yardım çağırıb. Lakin gələn həkimlər çoxlu qan itirən yaralını xilas edə bilməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью