10 yaşlı qız Yeni il atəşfəşanlığında öldü

03.01.2025

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-da Yeni il atəşfəşanlığı zamanı faciə yaşanıb.

Lent.az “mirror”a istinadla xəbər verir ki, hadisə Florida ştatının Şimal-Qərb Mayami-Dade şəhərində avtomobil parkında baş verib.

10 yaşlı Yanelis Munquia ailəsi ilə birlikdə gecə saatlarında Yeni ili qarşılayarkən atəşfəşanlıq zamanı qəfil yerə yıxılıb.

Valideynləri qaçaraq onun başının arxasından zədə aldığını görüblər. Onu xəstəxanaya aparsalar da, orada ölüb.

Qeyd olunur ki, azyaşlı qız naməlum şəxsin tüfəngdən açdığı atəş nəticəsində ölüb. 

Hazırda polis araşdırma aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью