10 yaşlı uşaqdan üç gündür xəbər yoxdur

13.02.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bakıda 10 yaşlı uşaq itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, fevralın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi ünvanında yaşayan 14.06.2015 təvəllüdlü Məcidov Sadiq yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

O, daha sonra geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью