100, 70, 70

03.03.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilsin (maddə 91);

“Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

“Zirə-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью