100 fələstinli Rəfahdan Özbəkistana təxliyə edilib | Icma.az
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
100 yaralı fələstinli qadın və uşaq, onları müşayiət edən şəxslərlə birlikdə Rəfahdan müvəqqəti olaraq Özbəkistana təxliyə edilib.
Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Misirin “Ahram” xəbər saytına Özbəkistanın Misirdəki səfiri Mansurbek Kılıçov məlumat verib.
Məlumatda deyilir ki, təxliyə əməliyyatı prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında hər iki ölkənin səhiyyə nazirlikləri ilə birgə həyata keçirilib.
Kılıçovun sözlərinə görə, təxliyə edilən fələstinlilər vətənlərinə qayıdana qədər Özbəkistanda qalacaqlar.
Onlar müalicə və sağlamlıqlarının bərpası üçün reabilitasiya mərkəzlərinə və xəstəxanalara yerləşdiriləcək.
Səfir bildirib ki, Özbəkistan hökuməti onların ölkədə qalması üçün bütün lazımi şəraiti, o cümlədən yaşayış, yemək, uşaqların təhsil almaq imkanı və digər zəruri resursları təmin edəcək.
Mansurbek Kılıçov xatırladıb ki, noyabrda prezident Şavkat Mirziyoyev Fələstin məsələsi ilə bağlı fövqəladə Ərəb-İslam sammitində çıxış edərkən Fələstin ərazilərində hərbi əməliyyatların dayandırılması və təhlükəsiz humanitar dəhlizlərin təmin edilməsinin vacibliyini vurğulayıb.
Tam oxu
Xəbəri oxu