“100 illik saziş”in BİLİNMƏYƏNLƏRİ: “Rusiya ilə birbaşa qarşıdurma…” Yeni Çağ Media | Icma…
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Böyük Britaniya ilə Ukrayna arasında “100 illik tərəfdaşlıq” adlı sazişin məhz bu məqamda imzalanmasının bir çox səbəbləri var”.
Bu sözləri Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib.
Analitik Ukrayna və Böyük Britaniya arasında imzalanan məlum sazişin pərdəarxası məqamlarını şərh edib.
Onun sözlərinə görə, birincisi, Rusiya əvvəllər əldə etdiyindən daha böyük nailiyyətlər qazanır: “Ruslar Şərqi Ukraynada – Donbasda Pokrovskun cənub-qərbinə gedən əsas magistral yol və dəmir yolunu kəsib.
Bu, Rusiyaya göstərilən bir siqnaldır ki, Avropa İttifaqı (Aİ) və NATO-dakı siyasi çalxantılara baxmayaraq, Böyük Britaniya Ukraynanı qətiyyətlə dəstəkləyir.
İkincisi, bir neçə gün sonra Tramp administrasiyası işə başlayacaq və prezident seçilmiş Tramp bir neçə dəfə Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edib.
O, açıq şəkildə bildirib ki, ABŞ-nin Ukraynaya dəstəyini azaldacaq və ya tamamilə dayandıracaq və Ukraynanı Rusiya ilə kompromis razılaşmaya məcbur edəcək.
Tam oxu
Xəbəri oxu